“Meqa Həyat Sığorta” ASC Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”
MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya
prosesini yekunlaşdırıb.
İndi vətəndaşlar sığorta şirkətinin https://my.megalife.az/ portalında
qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsi ilə Həyatın Yaşam Sığortası
məhsulu üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən
edilməsi üçün özünüqiymətləndirmə anketini” (FATCA/CRS) SİMA vasitəsilə rahat və
çevik şəkildə imzalaya biləcəklər.
SİMA ilə inteqrasiyadan öncə vətəndaşlar
anketi kağız daşıyıcıda əllə doldururdular. İndi “Meqa Həyat” sığorta şirkəti vətəndaşlara
təqdim etdiyi bu xidməti SİMA yeni nəsil rəqəmsal imza ilə tam
elektronlaşdırıb. Sənədin SİMA vasitəsilə imzalanması həm sığorta şirkətinin, həm
də vətəndaşların vaxtına və xərclərinə qənaət etməsinə xidmət edəcək.
Təqdim etdiyi xidmətlərin əlaçatanlığını
daha da artırmaq məqsədi ilə “Meqa Həyat Sığorta” ASC SİMA ilə digər sığorta məhsulları
üzrə inteqrasiya prosesini də davam etdirir. Növbəti mərhələdə “Kredit həyat
sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə
tutulur.