*8778

SİZİN ÜÇÜN FAYDALI

Məxfilik Siyasəti

«MEQA HƏYAT SIĞORTA» ASC-nin

Məxfilik Siyasəti

 

1.  Giriş

Bu məxfilik siyasəti veb saytımızdan və təklif etdiyimiz məhsul və ya xidmətlərdən istifadə edərkən “Meqa Həyat Sığorta” ASC (bundan sonra "Şirkət" adlandırılacaq) tərəfindən fərdi məlumatlarınızın toplanılma, işlənilmə və istifadə formalarını, paylaşılacağı subyektlərin dairəsini, belə məlumatların mühafizəsinə dair digər əsas prinsipləri və müştəri hüquqlarınızı əhatə edir. Şirkət bu aspektdə qanunvericiliyə uyğun fəaliyyət göstərir, öz müştərilərinin və tərəfdaşlarının məlumatlarının gizliliyinə və təhlükəsizliyinə  tam təminat verir.

 

2.  İstifadə olunan anlayışlar

Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

Fərdi məlumatların subyekti - barəsində fərdi məlumatlar   toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;

Fərdi məlumatların informasiya sistemi - qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi;

Fərdi məlumatların toplanılması - subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi;

Fərdi məlumatların işlənilməsi - fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);

İSB- İcbari Sığorta Bürosu;

 

3. Toplanan Məlumatlar

Şirkət aşağıdakı növ məlumatları toplaya bilər:

• Şəxsi məlumatlar: Ad, soyad, doğum tarixi, cins, telefon nömrəsi, e-poçt ünvanı, ünvan, şəxsiyyət vəsiqəsi və digər əlaqə məlumatları.

• Maliyyə məlumatları: Bank hesabı məlumatları, kredit kartı məlumatları, gəlir və maliyyə vəziyyəti haqqında məlumatlar.

• Sığorta məlumatları: Sığorta növü, sığorta müqaviləsi, risklər, sığorta hadisələri, əvvəlki sığorta tarixçəsi və digər əlaqədar məlumatlar.

• Texniki məlumatlar: Veb saytımızı ziyarət edərkən toplanan IP ünvanları, brauzer növləri, açılış və bağlanma tarixləri, digər analitik məlumatlar.

 

4. Toplanılan fərdi məlumatların mənbələri

• Vebsaytdan - Meqa Həyat Sığorta tərəfindən təklif olunan və veb saytda mövcud olan xidmətlərə daxil olmaq və istifadə etmək Vebsayt tərəfindən Sizin daxil olma tarixiniz və vaxtınız, brauzerin növü, unikal İnternet Protokol ünvanınız və s kimi məlumatların alınması ilə nəticələnə bilər.

• Filiallarımızdan və  üçüncü şəxslərdən- Sizin haqqınızda məlumatları Asan Finans, İSB, banklar, tibbi xidmət müəssisələri, müvafiq dövlət orqanlarından və s əldə edə bilərik.

·      Müştəri tərəfindən- vebsaytda təqdim olunan məhsullardan və bəzi xidmətlərdən istifadə məqsədi ilə vebsaytımızda qeydiyyatdan keçərkən bizə təqdim etdiyiniz məlumatlar.

 

5. Məlumatların toplanılma, işlənilmə və istifadə məqsədləri

Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə ediləcək:

• Sığorta xidmətlərinin təşkili: Fərdi və korporativ Müştərilərin tələblərinə uyğun genişçeşidli sığorta məhsullarının və xidmətlərinin təqdim edilməsi, mövcud müqavilələrin icrasının təmini;

• Müştəri dəstəyinin təmini: Müştəri xidmətləri ilə əlaqənin təmini, sualların cavablandırılması və problemli məsələlərin həll edilməsi;

• Məlumatlandırma: Müştərilərin yeni məhsullar, xidmətlər, kampaniyalar və yeniliklər haqqında dövri olaraq e-poçt və ya digər kommunikasiya vasitələri ilə məlumatlandırılması;

• Tədqiqat və analiz: Müştəri tələblərinin və bazar vəziyyətinin araşdırılması,  istifadəçi ID və şifrəsi vasitəsilə tələb olunduğu təqdirdə əməliyyatların emalı, xidmətlərin təkmilləşdirilməsi və bazar tələblərinə uyğunlaşdırılması məqsədilə analizlərin, statistik təhlillərin aparılması;

• Hüquqi tələblərin icrası: Hüquqi mübahisələrin həlli, yoxlama və tələblərin icrası məqsədilə məlumatların işlənilməsi;

 Təkmilləşdirmə: Süni intellekt və digər texnologiyalardan istifadə edərək daha yaxşı məhsullar hazırlamaq, məhsullarımızı, xidmətlərimizi, o cümlədən Veb saytımızı təkmilləşdirmək.

 

6. Məlumatların Qorunması

Şirkət, Müştəri məlumatlarının təhlükəsizliyini təmin etmək üçün aşağıdakı tədbirləri görür:

•  Fiziki təhlükəsizlik: Məlumatların saxlandığı yerlərdə fiziki təhlükəsizlik tədbirlərinin görülməsi.

• Texniki təhlükəsizlik: Məlumatların şifrələnməsi, mühafizə sistemlərindən və təhlükəsizlik proqramlarından istifadə, şəbəkə mühafizəsinin təmini.

• Təşkilati təhlükəsizlik: Məlumatlara yalnız səlahiyyətli şəxslərin çıxışının təmin edilməsi, müştəri məlumatlarının qorunması istiqamətində müvafiq prosedurların tətbiqi və mütəmadi qaydada təlimlərin həyata keçirilməsi.

 

7. Məlumatların Paylaşılması

“Meqa Həyat Sığorta” ASC olaraq fərdi məlumatlarınızı yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilərik:

• Dövlət orqanları, texniki dəstək göstərmək üçün təyin edilmiş informasiya texnologiyaları üzrə fəaliyyət göstərən şirkətlər, sığorta agentlərimiz, digər sığortaçılar, müştərək sığortaçılar, təkrarsığortaçılar, brokerlər və banklarla;

• Texniki məsləhətçilərə, mütəxəssislərə, vəkillərə, əməliyyatları yerinə yetirmək üçün xidmət göstərən şirkətlərlə (IT, poçt) və sairə;

• Sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən şikayət etdiyiniz təqdirdə və ya hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək məqsədi ilə müvafiq nəzarətedici orqanlarla;

Fərdi məlumatlarınızı icazəniz olmadan üçüncü tərəflərin marketinq istifadəsi üçün ötürmürük.

 

8. Müştəri hüquqları

Biz “Meqa Həyat Sığorta” ASC olaraq Müştərilərimiz haqqında məlumatların toplanılması, istifadəsi və açıqlanması zamanı həmin məlumatların dəqiq, tam və aktual olmasını təmin etmək üçün lazımi bütün səyləri göstəririk. Lakin Müştərilər məlumatlarında hər hansı dəyişiklik olduğu, və ya belə məlumatlarının səhv və ya tamamlanmamış olduğu halda həmin məlumatlara düzəliş edilməsi və silinməsi ilə əlaqədar bizə müraciət edə bilərlər. Eyni zamanda, müştərilər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatlarının toplanılmasına və işlənilməsinə öz etirazlarını yazılı və ya online qaydada bizə ünvanlaya bilərlər.

 

9. Fərdi məlumatların mühafizəsi

Fərdi məlumatlarınız Azərbaycan Respublikası qanunvericliyi ilə müəyyənləşdirilmiş qaydada toplandığı andan mühafizə olunur və arxivləşdirilir.

 

10. Siyasətin tətbiq dairəsi

Veb saytımızdan istifadə edərkən bizim tərəfimizdən idarə olunmayan digər saytlara keçid təqdim edilə  bilər. Nəzərə alın ki, bizim həmin saytların məzmunu və siyasətləri üzərində heç bir nəzarətimiz yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Bu səbəbdən digər veb saytlara keçid zamanı həmin veb saytlarıın məxfilik siyasətləri ilə tanış olmağınızı tövsiyə edirik.

 

11. Yekun müddəalar

Biz “Meqa Həyat Sığorta” ASC olaraq məxfilik siyasətimizi cari məqbul təcrübələrimizi əks etdirmək üçün dəyişə bilərik. Bu siyasətə edilən hər hansı dəyişiklikdən sonra saytımızdan istifadəniz məxfilik və şəxsi məlumatlarla bağlı təcrübələrimizin qəbulu kimi qiymətləndiriləcək. Veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə tərəfimizdən lazımi bütün səylər göstəriləcəkdir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)