*8778

SİZİN ÜÇÜN FAYDALI

COVID - 19

COVID - 19

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində  Azərbaycan Mərkəzi Bankının 23 aprel 2020-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “Sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması ilə bağlı” təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq “Meqa Həyat Sığorta” ASC aşağıdakıları diqqətinizə çatdırır:

 

 

1.    Xüsusi karantin rejimi dövründə zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların və sığorta olunanların müraciətlərinin elektron poçt vasitəsilə və elektron formada qəbul edilməsi

1.1.        Sığorta iddialarının tənzimlənməsi məqsədilə  sığortalı və sığorta olunanlar sığorta ödənişinin həyata keçirilməsi üçün  müvafiq  sənədləri (sığorta şəhadətnaməsi, sığorta ödənişinin alınması barədə faydalanan şəxsin sığorta tələbi, kredit müqaviləsinin surəti və s.) aşağıda qeyd olunmuş elektron vasitələrdən istifadə etməklə cəmiyyətimizə təqdim edə bilər:

1.2.       office@megalife.az  elektron poçt ünvanı;

1.3.        Whats App” proqramına bağlı olan +994 55-250-08-80 mobil telefon nömrəsi.

Tənzimlənmə prosesi -  Cəmiyyətin əməkdaşı hadisə haqqında qaynar xətt nömrəsi vasitəsi ilə məlumat aldıqda hadisə ilə bağlı tənzimləmə prosesini həyata keçirən müvafiq əməkdaşlara məlumat verir. Hadisə barədə məlumatı qəbul edən əməkdaş sığortalıya və sığorta olunana xüsusi karantin rejimində zərərin tənzimlənməsi üçün yuxarıda qeyd olunmuş məlumatları özündə əks etdirən bildirişi verir, həmçinin daha ətraflı məlumatın Cəmiyyətin rəsmi internet saytında, ana səhifədə “COVİD-19” adlı bölmənin mövcud olduğu barədə məlumat verir, tənzimlənmənin bu formada həyata keçirilməsi səbəblərini və məqsədlərini sığortalıya və sığorta olunana izah edir və tənzimlənmə prosesini həyata keçirən əməkdaşın əlaqə nömrəsini ona təqdim edir.

Tənzimlənmənin növbəti mərhələləri xüsusi karantin rejimini nəzərə alınaraq  elektron vasitələrdən maksimum dərəcədə effektiv istifadə etməklə qanunvericiliyə və daxili prosedura uyğun olaraq müvafiq əməkdaşlar tərəfindən həyata keçiriləcəkdir. Sığortalılar və sığorta olunanlar hadisə ilə bağlı bütün məsələlərlə əlaqədar hadisəni tənzimləyən əməkdaşa müraciət edə bilər.

 

2.    Sığorta müqavilәlәrinin elektron formada bağlanmasının tәmin edilmәsi

Sığorta müqavilələrinin elektron formada bağlanılması üçün saytımızda hər bir sığorta növü üzrə xüsusi imkanlar yaradılmışdır.

Həyatın Yaşam Sığortası növü üzrə müvafiq olaraq aşağıdakı linkə keçid etməklə elektron sığorta müqavilələrinin alınması prosesi tam yekunlaşdırıla bilər:

https://my.megalife.az/login

Digər bütün sığorta növləri üzrə ofisimizə yaxınlaşmadan Cəmiyyətin internet saytı vasitəsilə onlayn müraciət ünvanlayaraq sığorta müqaviləsinin bağlanılması üçün müraciət etmək mümkündür. Bununla bağlı müştərilərimizin seçdiyi sığorta növü üzrə müvafiq sığorta qaydaları və şərtləri ilə tanış olub razılığını elektron qaydada əldə etdikdən sonra sığorta müqaviləsi elektron qaydada müraciət edən şəxsə göndərilir.

Sığorta haqlarının ödənilməsi saytımızın onlayn ödəniş bölməsindən və ya ödəniş terminallarından istifadə etməklə həyata keçirilir.

 

3.     Xüsusi karantin müddətində Cəmiyyətin iş rejimi: 09:00 – 18:00.

Zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedur yuxarıda qeyd edilmişdir.

 

4.    Sığortalıların və sığorta olunanların hüquqlarının qorunması mәqsәdi ilә qaynar xәttimizin fasilәsiz işlәk olması

 

Cəmiyyətimizin qaynar xətt nömrəsi (012 525-08-80) fasiləsiz olaraq fəaliyyət göstərir. 24 saat ərzində istənilən vaxt qeyd olunmuş nömrəyə əməkdaşlarımız tərəfindən müştərilərimiz hüquqlarının pozulduğunu hesab edərlərsə, zəng vura bilərlər.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)