Kredit Həyat Sığortası
“Kredit müqavilələri üzrə borcalanın həyatının
ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası
qaydaları” Azərbaycan Respublikasının Mərkəzi Bankının 16
may 2024-cü il tarixli 20/4nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qaydalara görə sığorta obyekti sığorta
olunanın həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləri, sığorta
predmeti kredit müqavilələri üzrə borc alan fiziki şəxslərdir.
Sığortaçı sığorta müqaviləsinə əsasən ən
azı aşağıdakı risklərdən sığorta təminatı verir:
- sığorta olunanın ölməsi;
- sığorta olunanın xəstəlik və ya bədbəxt
hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar
ona əlillik dərəcəsinin təyin olunması.
Sığorta məbləği sığorta müqaviləsinin
bağlanması tarixinə kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas
borc qalığının 110 (yüz on) faizini aşmamalı və azı kredit müqaviləsi üzrə əsas
borc qalığına bərabər olmalıdır. Sığorta müqaviləsi üzrə sığorta məbləği
sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında aşağıdakılardan biri
üzrə müəyyənləşdirilir:
- kredit müqaviləsi üzrə borcun ödənilərək
azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin
sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;
kredit müqaviləsi üzrə borcun ödəniş
qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.