Brokerlər
Niyə “Meqa Həyat Sığorta” ASC Təkrarsığorta Brokerləri ilə əməkdaşlıq edir?
“Meqa Həyat Sığorta” ASC öz müştərilərinə ən yaxşı sığorta şərtlərini təklif etmək üçün dünyanın ən qabaqcıl Təkrarsığorta Brokerlərinın xidmətlərindən və biliklərindən istifadə edərək onlar ilə uzunmüddətli əlaqələr qurub.
Aşağıda əməkdaşlıq etdiyimiz çoxsaylı Brokerlərin bir neçəsinin adları göstərilmişdir:
- Marsh & McLennan Cos. Inc.,
- UIB United Insurance Brokers Ltd.
Təkrarsığorta brokerləri, əsasən, böyük və texniki cəhətdən mürəkkəb layihələrdə, təkrarsığorta əməliyyatlarının və risklərinin yerləşdirilmə prosessinin aşağıda göstərilən səbəblərə görə keyfiyyətini artırır:
- Bazarda ən uyğun Təkrarsığortaçıların daha effektiv yolla müəyyən olunmasında köməklik;
- Texniki ekspertiza dəstəyi ilə təminat;
- Proqramlaşdırma, risk modelləşdirilməsi, dəyərləndirilməsi, təkrarsığorta proqramının strukturlaşdırılması;
- Təkrarsığortaçılar tərəfindən birbaşa olaraq sığorta şirkətlərinə göstərilməyən xidmətlərin təmin edilməsi;
- Bizneslərinin həcmi və alıcılıq qabiliyyətlərindən irəli gələrək daha aşağı sığorta tariflərinin əldə olunması;
- Unikal və individual risklərin yerləşdirilməsi üçün bazarların axtarışı;
- Baxışların keçirilməsində və risk üzrə hesabatların tərtib olunmasında köməklik göstərilməsi;
- İddiaların araşdırılması, zərərlərin bərpası və tənzimlənməsində köməklik göstərilməsi.