Həyatın Yaşam Sığortası məhsulu üzrə müştərilərin rahatlığını təmin etmək və
eyni zamanda sorğuların operativ cavablandırılması məqsədi ilə “Meqa Həyat”
sığorta şirkəti https://my.megalife.az/ online
müraciət və şəxsi kabinet platformasını istifadəyə verib.
İndi Həyatın Yaşam Sığortasına
qoşulmaq istəyən şəxslər şirkətə rahatlıqla və tam olaraq online müraciət edə,
həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə
bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri
artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə biləcəklər.
Online platforma vasitəsi ilə müştərilər
həmçinin Həyatın Yaşam Sığortasına qoşulmaqla müddətin sonunda alacağı məbləği
və əldə edəcəyi qazancı da hesablaya biləcəklər. Bunun üçün https://my.megalife.az/ veb səhifəsinə daxil olub
yığım kalkulyatorunda əmək haqqınızı, qoşulmaq istədiyiniz məbləği, doğum
tarixinizi və işlədiyiniz sektoru qeyd etmək kifayətdir.
Meqa Həyat Sığortanın təklif etdiyi Həyatın
Yaşam Sığortası məhsulu sizə aşağıdakı üstünlükləri verir:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz
gələcək planlarınız üçün pul yığırsınız,
- Qanunvericilikdə vergi və sosial haqlar
üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə
edirsiniz,
- Yığdığınız məbləğlərə əlavə investisiya gəliri
hesablanır,
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini
təminat altına alırsınız.