Azərbaycan sığorta bazarının ən gənc
sığorta şirkəti olan “Meqa Həyat Sığorta” Türkiyənin ən böyük tibb müəssisələrindən
olan “Acıbadem Sağlık Hizmetleri ve Ticaret A.Ş.” ilə əməkdaşlıq müqaviləsi
bağlayıb.
'Acıbadem' Xəstəxanalar Qrupunun Beynəlxalq
Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu və Meqa Həyat
Sığortanın İdarə Heyətinin sədri Uğur İbrahimli arasında imzalanan əməkdaşlıq
müqaviləsinə əsasən Meqa Həyat Sığortanın müştərilərinə xüsusi imtizaylar verən
“Acıbadem Health Point” fərdi sadiqlik kartları təqdim olunacaq.
“Acıbadem Health Point” kartları vasitəsi
ilə Meqa Həyat Sığortanın müştəriləri Acıbadem xəstəxanalarında tibbi xidmətlər
zamanı 20%-ə qədər güzəştlər əldə etməklə yanaşı, klinikanın Bakı ofisinə
müraciət etməklə Acıbademin Türkiyədəki həkimləri tərəfindən ikinci tibbi rəyin
alınması, İstanbula səfər zamanı bütün hava limanlarında “Health Point Welcome
Lounge”-a giriş, İstanbuldakı “Acıbadem” xəstəxanalarına gediş-gəliş üçün VIP
transfer və digər güzəştlər əldə edəcəklər. Endirimlərdən kart sahibi ilə yanaşı
onun birinci dərəcəli qohumları - ana, ata, həyat yoldaşı və övladları da
yararlana bilərəcəklər.
“Acıbadem Health Point” layihəsi ilkin
mərhələdə Meqa Həyat Sığortanın “Həyatın Yaşam Sığortası”-na yeni qoşulmuş müştərilərinə
şamil ediləcək. Sözü gedən kartlar müştərinin yazılı razılığı əsasında təqdim
olunacaq və kartlara görə heç bir əlavə ödəniş tələb edilməyəcək.
Meqa Həyat Sığortanın təklif etdiyi Həyatın
Yaşam Sığortası məhsulunun bir sıra üstünlükləri var:
- Həyatın Yaşam Sığortasına qoşulmaqla siz
gələcək planlarınız üçün pul yığırsınız,
- Qanunvericilikdə vergi və sosial haqlar
üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə
edirsiniz,
- Yığdığınız məbləğlərə əlavə olaraq yüksək
investisiya gəliri hesablanır,
- Həyatınızı sığortalamaqla ailənizin gələcəyini
təminat altına alırsınız.
Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən
şəxslər müraciətlərini Meqa Həyat Sığortanın https://my.megalife.az/ online portalı
vasitəsi ilə tam olaraq online edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi
kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə
üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər
edə bilərlər.