“Meqa Həyat Sığorta” ASC və ölkənin
aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universiteti
(UNEC) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru professor Ədalət Muradov və Meqa Həyat Sığortanın İdarə
Heyətinin sədri Uğur İbrahimli arasında imzalanan memorandum universitet və
sığorta şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Memorandum UNEC və Meqa Həyat Sığorta
arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə risklərin idarə
edilməsi və sığorta işi sahəsində birgə tədbirlərin təşkil edilməsinə, UNEC tələbələrinin
bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin
icrasına, təlim və seminarların təşkil edilməsinə yönəlmişdir.
Əməkdaşlıq Memorandumuna əsasən, UNEC
tələbələrinin “Meqa Həyat Sığorta” ASC-də təcrübə keçməsi, yay təcrübə
proqramlarına cəlb edilməsi, eləcə də, UNEC məzunlarının və xüsusi istedadlı tələbələrin
“Meqa Həyat Sığorta” ASC-də işlə təmin edilməsi nəzərdə tutulmuşdur.