“Meqa Həyat Sığorta” ASC dünyanın 50
ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər, Qara dəniz
və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən Caspian Energy Cluba
üzv olmuşdur.
Caspian Energy Club-un əsas məqsədi
biznes-hökumət dialoqunda (B2G) fəal iştirak, xarici və yerli biznes nümayəndələrinin
problem və təkliflərinin sistemli şəkildə tədqiqi, bu məlumatın ölkənin yuxarı
rəhbərliyinə, o cümlədən Prezident Administrasiyası, hökumət, parlament və
iqtisadi bloka nəzarət edən dövlət qurumlarının nümayəndələrinə çatdırılması,
kiçik və orta biznesin dəstəklənməsinə və inkişafına kömək edən müxtəlif
informasiya layihələrinin həyata keçirilməsi, həmçinin kiçik və orta bizneslə
iri biznes nümayəndələri arasında dialoqun yaradılması və bu kimi digər layihələrin
həyata keçirilməsindən ibarətdir.