*8778

SİZİN ÜÇÜN FAYDALI

/ Online sığorta məhsulu
14 February 2022

Online sığorta məhsulu

“Meqa Həyat” sığorta şirkəti və “Insure.az” - Online Sığorta Portalı Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə tam olaraq online şəkildə əldə edilən “Ekspres Həyat” sığorta məhsulunu istifadəyə verib.

“Ekspres Həyat” sığorta məhsulu bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta təminatı verir.

Məhsulun əsas üstünlükləri:

 - Sığortalanmaq üçün hər hansı bir sorğu anket formasının doldurulmasına, tibbi müayinəyə ehtiyac yoxdur.

 - Sığorta müqaviləsinin bağlanması cəmi 3 dəqiqə çəkir və məhsulu tam olaraq online əldə edib, online ödəmək mümkündür.

 - Sığorta təminatı 24/7 və dünyanın istənilən ölkəsində qüvvədədir.

 - Sığortalanmaq istəyən şəxs öz büdcənizdən asılı olaraq sığorta təminatını 3 fərqli paketdən (Ekspres, Ekspres+, Ekspres++) və 8 fərqli limitdən (1000 AZN-dən 25 000 AZN-dək) seçə bilər.

“Ekspres Həyat” sığorta məhsulunu https://insure.az/heyat-sigortasi linki vasitəsi ilə əldə etmək mümkündür.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)